İsrail ordusu Qəzzada məktəbə hücum etdi - Xeyli ölü və yaralı var

DÜNYA
16:24 17.10.2024
122
İsrail ordusunun Qəzzanın şimalındakı məktəbə hücumu nəticəsində 22 fələstinli həyatını itirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
 
Köçkün dinc sakinlərin sığındığı məktəbə hücum nəticəsində aralarında qadın və uşaqların da olduğu ən azı 22 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Hücum zamanı həyatını itirənlərin cənazələri və yaralılar bölgədəki Kemal Advan və əl-Avde xəstəxanalarına çatdırılıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR