"Vaşinqtonda Donald Trampın himayəsi altında Azərbaycan və Ermənistan arasında tarixi sazişin imzalanmasını görəndə dərindən təsirləndim.”
AZXEBER.COM xəbər verir ki, bunu İsrailin prezidenti İsxak Hersoq öz "X” hesabında yazıb.
O, bunun prezident Donald Tramp tərəfindən böyük nailiyyət olduğubu bildirərək onun liderliyinə və dünyada sülhə nail olmaq üçün ehtiraslı öhdəliyinə görə təşəkkür edib.
"Ümid edirəm və dua edirəm ki, biz sizin rəhbərliyiniz altında dünyada hər şeydən əvvəl Qəzzada HƏMAS-ın əli ilə girovlarımızın keçdikləri cəhənnəmdən təcili geri qaytarılması da daxil olmaqla daha çox tarixi nailiyyətlər görəcəyik.”, - Hersoq bildirib.
O daha sonra Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı, həmçinin Azərbaycan və Ermənistan xalqlarını təbrik edib.