İsrailin Nirim qəsəbəsi yaxınlığında minaatanlardan açılan atəş nəticəsində 5 hərbçi yaralanıb.
Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, yaralıların üçünün vəziyyəti ağırdır. Onlar hospitala yerləşdirilib.
Qeyd edək ki, İsrailin Nirim qəsəbəsi Qəzza zolağı ilə sərhəddə yerləşir.