İsrail: “Qəzza ətrafında nəzarəti ələ keçirdik”

İsrail: “Qəzza ətrafında nəzarəti ələ keçirdik”
DÜNYA
14:24 09.10.2023
246
İsrail ordusu Qəzza ətrafındakı yəhudi yaşayış məntəqələri üzərində nəzarəti saxladığını, lakin bölgədə hələ də Fələstin silahlı ünsürlərinin ola biləcəyini bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail Ordusunun sözçüsü Daniel Həqari bildirib ki, Qəzza zolağı ətrafındakı İsrail yaşayış məntəqələrində nəzarət əldə olunub, qarşıdurma yoxdur, lakin bölgədə hələ də Fələstin silahlı ünsürləri ola bilər.

İsrail ordusunun Qəzza sərhədini tanklar, vertolyotlar və hərbi təyyarələrlə mümkün sızma cəhdlərinə qarşı qoruyacağını bildirən sözçü İsrail qüvvələri ilə Fələstin silahlıları arasındakı qarşıdurmanın hazırda gərgin olduğunu bildirib.

Həqari Qəzza zolağı ətrafındakı 24 qəsəbədən 15-nin boşaldıldığını, boşalmanın gün boyu davam edəcəyini, lakin bölgənin ən böyük şəhəri olan Sderotun boşaldılmayacağını bildirib. Oktyabrın 7-dən bu yana Qəzzadan İsrailə 4400 raket atıldığını qeyd edən Həqari İsrail ordusunda 300 min ehtiyat əsgərin 48 saat ərzində səfərbərliyə qoşulduğunu bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR