İsrail Qəzza sakinlərinin təxliyəsi üçün əlavə dəhliz açıb

İsrail Qəzza sakinlərinin təxliyəsi üçün əlavə dəhliz açıb
DÜNYA
19:29 17.09.2025
225
İsrail Müdafiə Qüvvələri (IDF) fələstinlilərin Qəzza şəhərini tərk edə bilməsi üçün 48 saat müddətinə əlavə təhlükəsiz dəhlizin açıldığını bəyan edib. 

Bu barədə "Reuters" agentliyi IDF-in mətbuat xidmətinə istinadən bildirib.

Nəşr qeyd edib ki, dəhliz HƏMAS-a qarşı əməliyyat dövründə mülki əhalinin şəhərdən təxliyəsi ilə bağlı səylər çərçivəsində açılıb. 

Xatırladaq ki, avqustun 20-də İsrail ordusu Qəzza şəhərinə hücuma başlayıb.
 
\report
OXŞAR XƏBƏRLƏR