İsrail Qəzza zolağı ilə sərhəddə keçid məntəqəsinin açılacağını təsdiqlədi

İsrail Qəzza zolağı ilə sərhəddə keçid məntəqəsinin açılacağını təsdiqlədi
DÜNYA
18:47 11.12.2023
173
İsrail anklava daxil olan yardımın həcmini artırmaq üçün Qəzza zolağı ilə sərhəddə "Kerem Şalom” keçidini açacaq.

Bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

"Biz Qəzza zolağına çatdırılan yardımın yoxlamaq imkanlarımızı genişləndirdik. "Kerem Şalom” açıq olacaq, ona görə də yoxlamaların sayı ikiqat artacaq", - məlumatda bildirilib.

İdarə həmçinin BMT-ni Misirdən "Rəfah” keçid məntəqəsi vasitəsilə anklava daxil olan humanitar yardımla bağlı daha tez addım atmağa çağırıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR