İsrail Qəzza zolağında hərbi əməliyyatları genişləndirə bilər

İsrail Qəzza zolağında hərbi əməliyyatları genişləndirə bilər
DÜNYA
23:51 03.05.2025
516
İsrail Ordusu yaxın günlərdə Qəzza zolağında hərbi hücumları gücləndirməyə hazırlaşır və bu məqsədlə on minlərlə ehtiyatda olan hərbçinin səfərbər olunacağı gözlənilir.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, əməliyyatın genişləndirilməsi barədə qərar hökumətin Benyamin Netanyahunun başçılığı ilə mayın 3-də keçirdiyi iclasında qəbul olunub.

Döyüşlər həm beynəlxalq aləmdə, həm də İsrail daxilində Netanyahuya qarşı təzyiqlərin artması fonunda intensivləşəcək.

Hökumətə qarşı təzyiqlər HƏMAS-la uzun müddətdir ki davam edən müharibəyə görə daha da güclənib.
 
/APA
OXŞAR XƏBƏRLƏR