İsrail Qəzzada daha 29 fələstinlini öldürdü

İsrail Qəzzada daha 29 fələstinlini öldürdü
DÜNYA
12:05 02.07.2025
215
İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlar nəticəsində 10-u humanitar yardım gözləyən olmaqla, ümumilikdə 29 fələstinli həyatını itirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, səhiyyə mənbələri və şahidlərin məlumatına görə, Xan Yunisdə Mevasi bölgəsində bir evə edilən hücumda 2, məcburi köçkünlərin yaşadığı 3 çadırın bombalanması nəticəsində isə 12 nəfər ölüb. Şəhər mərkəzində 3 nəfər, dağıntılar altından isə 2 nəfərin cəsədi tapılıb.

Qəzzanın mərkəzindəki Salahəddin küçəsində isə yardım nöqtələrinə yönələn fələstinlilərə atəş açılıb, nəticədə 10 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

İsrailin bölgəyə yardım girişini məhdudlaşdırması və sürgün əmrləri səbəbindən Qəzzada humanitar böhran daha da dərinləşib.

Oksana
OXŞAR XƏBƏRLƏR