İsrail Qəzzada daha bir məktəbi bombaladı: Xeyli ölü var

İsrail Qəzzada daha bir məktəbi bombaladı: Xeyli ölü var
DÜNYA
14:28 21.11.2023
189
İsrail döyüş təyyarələri Qəzzanın şimalında Cibaliya Qaçqınlar Düşərgəsinin qərbində yerləşən Əl-Faluca bölgəsində "Hafsa” adlı məktəbi bombalayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb.

Bombalanma nəticəsində xeyli ölü və yaralı var.

Hücum zamanı aralarında uşaq və qadınların da olduğu çox sayda insan həyatını itirib. 

İsrail hərbçiləri həmçijin Qəzzanın şimalında yerləşən Beyt Lahyada daha 9 evi vurub. 

Digər tərəfdən İsrail Qəzzada rabitə qüllələrini hədəfə alıb.

Qəzza zolağının şimalı ilə Qəzza şəhəri ilə əlaqənin tamamilə kəsildiyi qeyd edilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR