İsrail əsgərləri Qəzzada İndoneziya xəstəxanasına şiddətli atəşlər altında basqın ediblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Xəstəxananı mühasirəyə alan İsrail əsgərləri yaralı qadını öldürüb, ən azı 3 nəfəri yaralayıb.
Əsgərlər xəstəxanaya basqın zamanı ən azı 3 fələstinlini saxlayıb.
Tibb mənbələri İsrail əsgərlərinin İndoneziya xəstəxanasına hücumu və basqının Şifa xəstəxanasına edilən hücumdan daha dəhşətli və şiddətli olduğunu və bunun açıq şəkildə müharibə cinayəti olduğunu bildirib.
Qəzza Səhiyyə Nazirliyi də gecə saatlarında verdiyi açıqlamada Qəzza zolağının şimalındakı İndoneziya Xəstəxanasının İsrail ordusu tərəfindən şiddətli bombardmana məruz qaldığını, 200 yaralının həyatı və tibbi yardım üçün qorxunun olduğunu bildirib.
Mikayıl