İsrail: Qəzzada fələstinli İŞİD lideri zərərsizləşdirilib

İsrail: Qəzzada fələstinli İŞİD lideri zərərsizləşdirilib
DÜNYA
23:14 29.08.2025
876
İsrail Müdafiə Ordusu (SAXAL) İŞİD qruplaşmasının Qəzza zolağında yüksək vəzifə tutmuş terrorçusunu öldürüb.

Bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, öldürülən terrorçu İŞİD-in Qəzzadakı Fələstin hücrəsinin başçısı Məhəmməd Abd əl-Əziz Əbu Zübeydədir.

Məlumata görə, o, terror təşkilatının Qəzza zolağında və Sinay yarımadasındakı fəaliyyətini planlaşdırmaq, siyasət hazırlamaq və həyata keçirməyə nəzarət etmək üçün məsuliyyət daşıyırdı.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR