İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında davam edən hücumları nəticəsində hər saatda təxminən 4 uşaq ölür.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fələstin Mərkəzi Statistika Bürosu "5 Aprel Fələstinli Uşaqların Müdafiəsi Günü” öncəsi Qəzzada uşaqların vəziyyəti ilə bağlı hesabatında dərc edib.
Hesabata görə, İsrailin hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağında 14 min 350 uşaq həyatını itirib.
Qəzza zolağında dağıntılar altında qalan və hələ də itkin düşən 7 min qadın və uşaq olduğu qeyd edilib.
Digər tərəfdən, İsrail qüvvələri 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahilində 117-si uşaq olmaqla 455-dən çox fələstinlini öldürüb, 724-ü uşaq olmaqla 4700 fələstinlini yaralayıb.
Bundan əlavə, 2023-cü ilin əvvəlindən 710-u uşaq olmaqla 1620 fələstinli İordan çayının qərb sahilində məcburi köçkün edilib, 500 azyaşlı isə həbs olunub.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, 7 oktyabrdan bəri Qəzzada təxminən 17 min uşaq valideynlərindən birini və ya hər ikisini itirib.
Fələstin Səhiyyə Nazirliyinin verdiyi son statistikada İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 33 min 37 fələstinlinin öldüyü, 75 min 668 fələstinlinin isə yaralandığı qeyd edilib.
Mikayıl