İsrail Qəzzada mülki şəxslərin qaldığı çadırları bombaladı - Xeyli ölü və yaralı var

DÜNYA
12:45 14.10.2024
285
İsrail Qəzzada mülki şəxslərin qaldığı çadırları bombalayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hücumda alova bürünən insanlar dəhşətli şəkildə ölüb.
 
Hücum nəticəsində 4 nəfərin öldüyü, 40 nəfərin yaralandığı məlum olub.
 
Digər tərəfdən, xəstəxana şəhərciyində baş verən yanğın zamanı bəzi insanların alovlara büründüyü və qışqırıq səslərinin eşidildiyi görüntülər sosial mediada paylaşılıb.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 mini uşaq, 11 min 378-i qadın olmaqla 42 min 227 fələstinli ölüb, 98 min 464 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR