İsrail Qəzzanın cənubuna hücumlarını artırdı: Minlərlə insan yenidən köç etməli oldu

İsrail Qəzzanın cənubuna hücumlarını artırdı: Minlərlə insan yenidən köç etməli oldu
DÜNYA
13:14 02.07.2024
146
Xan Yunusda minlərlə insan İsrailin hücumundan qorxaraq gecə yarısı yenidən köç etmək məcburiyyətində qalıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə video kadrlar sosial mediada yayımlanıb.
 
Görüntülərdən birində fələstinlilər Xan Yunisin dağıdılmış küçələrində işıqsız, hücum qorxusundan təhlükəsiz hesab etdikləri yerə sığınmaq üçün toplaşırlar.

Başqa bir görüntüdə isə əksəriyyəti piyada olan qəzzalılar çantaları və yanlarında götürə biləcəkləri bir neçə əşya ilə gecənin bir yarısı yola çıxıblar.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) İsrailin Qəzzanın cənubundakı Xan Yunisdə minlərlə insanı "ərazidən boşaldılması" çağırışından son dərəcə narahat olduğunu və bunun böyük ehtimalla kütləvi qırğınlara səbəb olacağını vurğulamışdı.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR