Minlərlə fələstinli fəhlə İsrail və İordan çayının qərb sahilindən bombaların yağdığı Qəzzaya geri göndərilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, Qəzzalı işçilərin bəziləri Rəfah sərhəd qapısının şərqindəki Kerem Şalom sərhəd qapısından keçərək Qəzzaya qayıdıblar.
İsrailin Baş naziri Benyamin Netanyahu da açıqlamasında bunu təsdiqləyib.
Rəsmi məlumatlara görə, HƏMAS-ın 7 oktyabr hücumundan əvvəl 18 500 qəzzalı İsraildə işləmək icazəsi almışdı.
Mikayıl