İsrail Qəzza zolağının cənubunda yüz minlərlə fələstinlinin sığındığı Rəfah şəhərinə hücumlara başlayıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, hava zərbələri şəhərin şimalına və mərkəzinə endirilib və nəticədə 100-dən çox insan həyatını itirib.
İki məscid də daxil olmaqla 11 binanın dağıdıldığı bildirilib.
Qəzzanın Misirlə cənub sərhədində yerləşən bu ərazinin, humanitar yardımın çatdırılması və yaralıların çıxışı üçün istifadə olunduğu, bununla belə həyati əhəmiyyət kəsb etdiyi ərazi olduğu bildirilib.
Qeyd edək ki, Misir sərhədinə çox yaxın ərazilərin də İsrail tərəfindən bombalandığı bildirilib.
Oksana