İsrail Rusiyanın Ukraynaya hücumunu qınayıb

İsrail Rusiyanın Ukraynaya hücumunu qınayıb
DÜNYA
19:26 01.08.2025
665
İsrail Rusiyanın Ukraynaya hücumunu qınayıb.

AZXEBER.COM APA-ya istinbadən xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar bəyanat verib.

"Mən Rusiyanın Kiyevdə yaşayış obyektlərinə hücumunu pisləyirəm. Bu hücumlar böyük və faciəvi şəkildə insan itkisinə səbəb olub. Qurbanların ailələrinə başsağlığı verirəm və yaralananların tezliklə sağalmasını diləyirəm. Elə indicə İsrailin Ukraynadakı səfirinin katibi ilə danışdım. Onun da evi zərbələrdən ziyan görüb. Biz Ukraynanın təhlükəsizliyini təmin edən davamlı və daimi sülhə çağırırıq”, - deyə İsrail XİN rəhbəri qeyd edib.

OXŞAR XƏBƏRLƏR