İsrailin Suriyanın paytaxtı Dəməşq ətrafındakı bəzi hərbi nöqtələrə hava hücumu təşkil etdiyi iddia edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Suriya xəbər agentliyi SANA hərbi mənbələrə istinadən məlumat yayıb.
İsrail qüvvələrinin yerli vaxtla saat 02:20-də Dəməşq ətrafındakı bəzi hərbi məntəqələrin Colan təpələrindən hava hücumu ilə hədəf alındığı iddia edilib.
Hücum nəticəsində Suriyanın 4 əsgəri həlak olub. Lakin havadan müdafiə sistemləri düşmən raketlərinə qarşı əks-hücum edərək bəzilərini vurub.
Məlum olub ki, Dəməşqin ətrafında Livan Hizbullahının ünsürləri ilə yanaşı, Suriya ordusu və İranın dəstəklədiyi terrorçu qruplaşmalar da var.
Xatırladaq ki, 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri İsrail vaxtaşırı İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna aid hərbi məntəqələrə hücumlar təşkil edir.
Mikayıl