İsrail Müdafiə Qüvvələri (SAXAL) 8 saylı əmrə əsasən minlərlə ehtiyatda olan hərbçini səfərbər etdiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, səfərbərlik əsasən kritik bölmələri əhatə edir: Hərbi Hava Qüvvələri, arxa cəbhə komandanlığı, şimal və mərkəzi komandanlıqlar, hərbi kəşfiyyat və tank əleyhinə müdafiə bölmələri.
Həmçinin, Yəhudeya və Samariyada yerləşən hissələrdə hazırlıq səviyyəsi artırılıb, Fələstin şəhərləri ətrafında kordonlar qurulub və bölgədəki hərbi mövcudluq gücləndirilib.
Qeyd edək ki, ötən gecə İsrail ordusu məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaq olan "Am Kelavi" ("Aslan kimi millət") əməliyyatının başladığını elan edib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Tehran da daxil olmaqla, bütün ölkə ərazisindəki hədəflərə hücum edib.//milli.az