İsrail şimal cəbhəsində yeni əməliyyatlara başladığını təsdiqləyib

DÜNYA
02:30 27.09.2024
167
İsrailin müdafiə naziri Yoav Qalant şimal cəbhəsində yeni əməliyyatlara başlandığını təsdiqləyib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir bildirib ki, İsrail radikal "Hizbullah” hərəkatının hərbi infrastrukturuna zərbələr endirməkdə davam edəcək.

"İsrail sakinlərinin evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün əlavə tapşırıqlarımız var", - Qalant vurğulayıb.
OXŞAR XƏBƏRLƏR