İsrail şimal sərhədinə ehtiyatda olan hərbçiləri çağırıb

İsrail şimal sərhədinə ehtiyatda olan hərbçiləri çağırıb
DÜNYA
11:03 14.06.2025
196
İsrail Müdafiə Qüvvələri İran PUA-larının hücumları barədə məlumatlar fonunda şimal sərhədini gücləndirmək üçün ehtiyatda olanları çağırır.

AZXEBER.COM "Report"a  istinadən xəbər verir ki, ordu 146-cı ehtiyat diviziyasının qərargahını, həmçinin "Dəmir yumruq" və "Etsioni" ehtiyatbriqadalarını şimal sərhədində "müxtəlif ssenarilər" üçün ehtiyat qüvvələri kimi xidmət etməyə çağırıb.

Əlavə edilib ki, bir neçə digər ehtiyat batalyonu çağırılıb və Livan və Suriya ilə sərhədlərdə yerləşdirilib.

Daha əvvəl İsrail ordusu İran PUA-larının aşkar edilməsi səbəbindən yəhudi dövlətinin şimalında hava həyəcanının elan edildiyi barədə məlumat vermişdi. Öz növbəsində İran KİV-ləri iki pilotsuz uçuş aparatının hədəfləri vurduğunu bildirmişdi.
OXŞAR XƏBƏRLƏR