Suriyadan Qolan təpələrinə atılan top güllələrinə İsrail ordusu xəbərdarlıq atəşi açaraq cavab verib. Rəsmi Tel-Əviv bundan sonra da ölkə sərhəddinə atılacaq güllə və ya raketə dərhal və daha kəskin cavab veriləcəyini açıqlayıb.Qeyd edək ki, Bəşər Əsədə sadiq ordu birlikləri vaxtaşırı Qolan təpələrinin yaxınlığında müxalif qüvvələrə qarşı əməliyyatlar keçirir.