İsrail Suriyaya müharibə elan etdi

DÜNYA
10:57 06.05.2013
1473

Suriya hakimiyyəti İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) endirdiyi avia zərbəni müharibə elan etmək kimi qiymətləndirir.

Suriya xarici işlər nazirinin müavini Feysəl əl-Mikdadın sözlərinə görə, bu atəş göstərir ki, İsrail ölkənin daxilindəki terror qruplaşmaları ilə əlaqəlidir. O bildirib ki, Suriya uyğun vaxt tapan kimi İsraildən öz intiqamını alacaq. Ötən bazar səhər saatlarında İsrail HHQ Dəməşq ətrafındakı təhqiqat mərkəzinə havadan zərbə endirib. İsrail məmurlarının sözlərinə görə, raket atmaqda məqsəd Livanın Hizbullah qruplaşmasının bir qolu üçün nəzərdə tutulan silah partiyası məhv etmək olub.

OXŞAR XƏBƏRLƏR