Əslində İsrail...İsraillilər – çoxu bu sözü casuslar, qaniçənlər, eqoistlər, imansızlar kimi başa düşürlər. Bəs əslində onlar kimdir?İsraillilər kimdir? Onlarin tarixi qədimə ataları İbrahim peyğəmbərdən başlamışdır. Qədim İsrail xalqı İbrahimin nəslindən gəlir, nəsil şəcərəsi belədir: İbrahimin oğlu İshaq,İshaqın oğlu Yaqub olur və Tanri xeyr duani Yaquba verərək ona belə deyir: Sənin adın bundan sonra İsrail olacaq və sənin nəslin göydəki ulduzlar dənizdəki qum qədər çox olacaq..İsrailin 12 qəbiləsi Yaqubun yəni İsrailin 12 övladının adı ilə bağlı olur. Bizim tanıdığımız Yusif peyğəmbərdə məhz İsrailin kiçik oğlu olur. O Misirdə qazandığı vəzifə və böyük hörmət sayəsində İsrail ovladları onun dövründə Misirlə sülh içərisində idilər lakin Yusif öldükdən sonra onlara Misirlilər kölə kimi davranır və onlarla çox qeddar reftar edirdilər.İsraillilərin butun təzə doğulmuş oğlan uşaqlarını öldürürdülər.Bu zamanlar bir qadın oğlan doğur və uşaq çox gözəl olduğundan ordakı misirli nəzarətçı qadının uşağa yazığı gəlir və onu bir səbətə qoyub çaya buraxır.Bu zaman Fironun bacısı çayda çimirdi o uşaq səsi eşidib səbətə yaxınlaşdı.Səbətdəki uşağın gözəlliyini görub onu oğulluğa götürdü.Adini Musa qoydular.Musa İsrailə yenidən xilas gətirən Yusifdən sonra 2 ci şəxs oldu.Tanri musani secdi və onun vasitəsi ilə İsrailliləri Misirlilərin köləliyindən qurtardı.Qırmızı dənizi aralayib İsrailliləri Misirdən çıxardı və onların arxasınca gəlmiş misirliləri o dənizdə boğdu.Onlar artıq qul yox azad bir xalq idilər.İsrail xalqı idilər.Tanrı Musaya Sina dağında olarkən daşa həkk olunmuş 10 qanun yazdırdı və İsraillilər bu gunə kimi o 10 qanuna sədaqətlə əməl edirlər. Qeyd edək ki, İsrailin ilk padşahı Şaul olub.Ən Varli və Qüdrətli padşahı isə Süleyman peyğəmbər olub.İsrailə qarşı edilən Holocaust (Soyqırım)Almanların antisemitizmliyi nəticəsində holocaust 1933-1945 ci illər arasında baş verib. Həmin illərdə ölüm düşərgələrinə yığılaraq öldürülən yahudilərin sayı 6.000.000 milyona çatırdı. Yahudilərə qarşı təkcə ölüm yox həmdə ağır işgəncələr edirdilər. Xüsusi qaz otağlarında boğurdular və ölən insanların cəsətlərindən vəhşiliklə istifadə edirdilər.Hergun 3000 dən artıq yahudi yanaraq,boğularaq,güllələnərək,aclıqdan,əziyyətdən,işgəncələrdən həlak olurdu. Helak olanlarin arasında ziyali adamlar,uşaqlar,hamilə qadınlar,qocalarda var idi. Buna sübut arxivdən olan videoroliklər və şəkillərdə var. Hazırki İsrailYaxın şərqdə yerləşən İsrail Dövləti 8,002,300 ehalidən ibarətdir.Yerusəlim İsrailillərin Müqəddəs torpağıdır.Paytaxtları Tel-aviv şəhəridir.Dini inanclari İudaizm.Müqəddəs Kitabları Zəbur və Tövratdır. Ən əsası daşdan olan kitabəyə yazılmış 10 qanuna iman edərlər. Yahudilər son zamanlarda siyasətdə dahada güclənirlər. İsrail xalqı 1948 ci ildə müstəqil dövləti qurdular. Günü gündən dahada güclənən İsrail dövləti öz dini etiqatlarınıda heçvaxt unutmurlar.Siyasətdə də uğurlar əldə edən bu dövlətin hal hazırdakı prezidenti Şimon Peresdir. Qədimlərdən bu günə kimi gəlib çatan ən qədim irqlərdən biridə İsrail övladlarıdır.Biz sizi imansizlar,casuslar,qaniçənlər haqqinda yox Peyğəmbər Yaqubun övladlari, Musanın davamçıları haqda etraflı melumatındırdıq ümidvaram məlumatlar oxucularımızı qane edəcəkdir.Aviya Paşazadə