İsrail Tehranda SEPAH-ın baş qərargahına zərbə endirib
DÜNYA
22:42 23.03.2026
301
İsrail Müdafiə Ordusu Tehranın mərkəzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş qərargahına zərbə endirib.
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail hərbçilərinin məlumatına görə, qərargah SEPAH tərəfindən bölmələrin fəaliyyətini sinxronlaşdırmaq və vəziyyəti qiymətləndirmək, həmçinin "Bəsic" qüvvələrini idarə etmək üçün istifadə olunurdu.