İsrail Tel-Əvivdə baş verən partlayışı terror adlandırıb

DÜNYA
13:45 19.08.2024
120
İsrailin paytaxtı Tel-Əvivdə törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail polisi hadisənin terror aktı olduğunu açıqlayıb.

"Parçalanmış cəsədin bombanı daşıyan şəxsə aid olduğunu bilirik, ətrafdakı günahsız bir şəxs deyil", - deyə Tel-Əvivin Polis Komandiri hadisə ilə bağlı açıqlama verib.

İsrail polisi hadisənin terror hücumu olduğunu deyib.

Qeyd edək ki, hücum ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfər etdiyi gün baş verib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR