İsrail televiziyası Azərbaycandan xüsusi reportajlar hazırlayacaq

İsrail televiziyası Azərbaycandan xüsusi reportajlar hazırlayacaq
DÜNYA
10:35 31.03.2012
1932

İsrail "Good night Europe" adlı silsilə verilişin yayımına başlayır

İsrailin Eurovision Mahnı Müsabiqəsi üzrə televiziya kanalı İBA bu həftədən etibarən ölkə təmsilçisi "İzabo" qrupunun müsabiqəyə hazırlıqlarına dair silsilə verilişlərə başlayır.

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bazar günləri yayımlanacaq bu proqram "Good night Europe" adlanacaq. Veriliş may ayında keçiriləcək Eurovision Mahnı Müsabiqəsinə qədər davam edəcək və ev sahibi Azərbaycandan, paytaxt Bakıdan da xüsusi reportajlar, müsabiqə hazırlıqlarını əhatə edəcək süjetlər nümayiş olunacaq. Eləcə də İsrailin builki təmsilçisi "İzabo" qrupunun "Bakı Kristal Zalı"nda milyonlarla teletamaşaçı qarşısında nümayiş etdirəcəyi şou haqqında da danışılacaq. Xatırladaq ki, "İzabo" qrupu "Time" mahnısı ilə mayın 22-də keçiriləcək birinci yarımfinalda çıxış edəcək.

OXŞAR XƏBƏRLƏR