"İsrail və HƏMAS arasındakı atəşkəs təklifi puça çıxacaq" - ABŞ mətbuatından iddia

DÜNYA
14:02 21.08.2024
138
 
İsrail və ABŞ rəsmiləri Qəzzada davam edən atəşkəs razılaşmasının iflasa uğrayacağını bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin "Politico” xəbər saytı məlumat yayıb.
 
Qeyd olunub ki, bu həftə Misirdə keçiriləcək danışıqlar nəticə verməzsə, İsraillə Hizbullah arasında gərginlik daha da artacaq.
 
Məlumata görə, İsrail təklifi qəbul edib, lakin HƏMAS bunu qəbul etməyəcəyini bildirib.
 
"Bəzi Ağ Ev rəsmiləri özlərinə arxayın olsalar da, bir çoxları HƏMAS-ın ictimai ritorikasından məyus qalır və HƏMAS-ın bəyanatlarının sadəcə boşboğazlıq, danışıqlar taktikası olub-olmamasından və ya bu təşkilatın həqiqətən də razılaşmaya qarşı olub-olmamasından əmin deyillər" - deyə məqalədə yazılıb.

Yazıda o da əlavə edilib ki, Ağ Evin Yaxın Şərq üzrə müşaviri Brett Makqurk bu həftə Qahirəyə gedəcək və atəşkəs sazişinin təfərrüatlarını öyrənməyə çalışacaqlar.

Qeyd edək ki, HƏMAS-ın şərtləri qəbul etməyəcəyi təqdirdə İranın İsrailə hücumu ola bilər:
 
"Sinvar bu razılaşmanı istəyir, ya yox, bilmirik. Ancaq razılığa gələ bilməsək, İranın hücuma keçmə ehtimalı var və bu, genişmiqyaslı münaqişəyə çevrilə bilər”, - deyə etibarlı mənbə belə bir açıqlama verib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR