İsrail vətandaşları Maldivə gedə bilməyəcək

İsrail vətandaşları Maldivə gedə bilməyəcək
DÜNYA
23:32 02.06.2024
253
Maldiv adalarının prezidenti Məhəmməd Muizzu Nazirlər Kabinetinin tövsiyəsindən sonra İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.

Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

"Kabinetin qərarına İsrail pasportu sahiblərinin Maldiv adalarına girişini qadağan edən zəruri qanunlara dəyişiklik edilməsi, habelə hökumət daxilində bu hərəkətlərə nəzarət edən komitənin yaradılması daxildir”, - deyə məlumatda bildirilib.

Maldiv adaları prezidenti həmçinin fələstinlilərin ehtiyaclarını qiymətləndirmək və onlara yardım üçün vəsait toplama kampaniyası təşkil etmək məqsədilə xüsusi nümayəndə təyin edib.

Bundan əlavə, ölkədə "Maldivlilər Fələstinlə həmrəydir” şüarı altında ümummilli mitinq keçirilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR