İsrail Xan Yunusa hücum etdi - 13 ölü, 26 yaralı

İsrail Xan Yunusa hücum etdi - 13 ölü, 26 yaralı
DÜNYA
16:28 16.07.2024
165
İsrail ordusu Xan Yunusa hücum edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Hücum nəticəsində 13 nəfər ölüb, 26 nəfər yaralanıb.
  
Fələstin rəsmiləri şənbə günü ən azı 90 nəfərin öldüyünü və yüzlərlə insanın yaralandığını açıqlayıb.
  
İsrail ordusu hava qüvvələrinin Qəzzada onlarla hərbi obyekti vurduğunu və çoxlu yaraqlının öldürüldüyünü açıqlayıb.
 
Ordu Rəfah və Qəzzanın mərkəzində bəzi yaraqlıları yaxın döyüşdə məhv etdiyini bildirib.

Qeyd edək ki, hər iki tərəf daha əvvəl danışıqlarda daimi atəşkəsə yaxın olduqlarını bildiriblər. 

Mikayıl
OXŞAR XƏBƏRLƏR