İsrail xaricdəki vətəndaşlarına xəbərdarlıq etdi: Lazım gələrsə şəxsiyyətinizi gizlədin

İsrail xaricdəki vətəndaşlarına xəbərdarlıq etdi: Lazım gələrsə şəxsiyyətinizi gizlədin
DÜNYA
12:05 04.11.2023
160
İsrail öz vətəndaşlarını xaricə səyahətlərini yenidən nəzərdən keçirməyə və səyahət zamanı İsrail və yəhudi simvollarını açıq şəkildə nümayiş etdirməkdən çəkinməyə çağırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mövzu ilə bağlı İsrail Baş nazirliyi Milli Təhlükəsizlik Mərkəzi və İsrail Xarici İşlər Nazirliyi tərəfindən birgə yazılı açıqlama verilib.

İsrailin Qəzzaya hücumları səbəbiylə "İsraillilərə və yəhudilərə qarşı şiddət və antisemitizmin dünya səviyyəsində artdığı" ifadə edilən bəyanatda israillilərdən səfərləri zamanı ehtiyat tədbirlərini artırmaları istənilib.

Bəyanatda insanlara nümayiş və etirazlardan uzaq olmaq, ayıq olmaq və ətrafda baş verənlərə diqqət yetirmək tövsiyə edilib və israillilərdən İsrail və yəhudi simvollarını açıq şəkildə nümayiş etdirməkdən çəkinmələri istənilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR