İsrail xəstəxanaya hücum etdi: 70-dən çox həkimi girov götürdü

İsrail xəstəxanaya hücum etdi: 70-dən çox həkimi girov götürdü
DÜNYA
10:44 13.12.2023
124
İsrail Kemal Advan Xəstəxanasına hücum edərək xəstəxananın direktoru Əhməd əl-Kahlutu və 70 işçini xəstəxanadan çıxararaq naməlum bir yerə aparıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
  
Açıqlamada İsrail ordusunun xəstəxanada olan 5 həkim və qadın tibb işçisini sərbəst buraxdığı, 70-dən çox tibb işçisinin isə xəstəxanadan çıxarılaraq naməlum bir yerə aparıldığı qeyd edilib.

İsrail ordusunun xəstəxanada qalan tibb işçiləri və xəstələrin tək bir binada toplanaraq, qalan binaların boşaldılmasını istədiyi bildirilib.

Açıqlamada xəstəxanada 65 yaralı və 12 uşağın olduğu xatırladılıb, işıq, su və yemək olmadığı vurğulanıb.

"İşğalçı İsrailin cinayət törətmək və xəstəxananı yerlə-yeksan etmək üçün yeni yalan və hekayə ortaya çıxaracağından narahatıq" deyə bəyanatda deyilir.

Mikayıl
OXŞAR XƏBƏRLƏR