İsrail xəstəxanaya sığınan mülki vətəndaşları və tibb işçilərini yarıçılpaq halda böyük bir çuxura yığaraq üzərlərinə yırtıcı itləri buraxıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Münir əl-Burş mətbuat konfransında məlumat verib.
Məlumata görə, həımin insanlar itlərin hücumundan dərhal sonra həyatını itiriblər.
İsrail qüvvələrinin xəstəxanada 70-dən çox adamı saxladığını bildirən Burş, əsgərlərin tibb işçilərini tək-tək sorğu-sual etdiklərini və onlardan canlı qalxan kimi istifadə etdiklərini bildirib.
İsrailin tikinti texnikası xəstəxananın oksigen qurğusunu, su çənini, mərkəzi arxivini və aptekini də dağıdıb.
Mikayıl