İsrail döyüş təyyarələri Qəzzanın cənubundakı Rəfah şəhərinə hava zərbələri endirərək atəşkəsi növbəti dəfə pozub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu hücumun Qəzzaya doğru hərəkət edən pilotsuz uçan aparatı və onu geri almağa çalışan iki nəfəri hədəf aldığını iddia etsə də, bölgədəki mənbələr bombardmanda itkilər olduğunu bildiriblər.
Şəhərdəki binalar bombalanıb, Əl-Şövkə qəsəbəsinə endirilən hava hücumunda ən azı bir nəfərin ölüb, bir nəfər isə yaralanıb.
Qeyd edək ki, Ərəb Liqasının (Ərəb ölkələrinin liderlərinin toplaşdığı birlik) baş katibi Əhməd Əbu Qeyt xəbərdarlıq edib ki, ABŞ Prezidenti Donald Tramp fələstinlilərə zülm etməyə davam edərsə, region yeni zorakılıq spiralına məhkum ediləcək.
Mikayıl