İsrailin Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda ən azı 18 fələstinli həyatını itirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat Qaçqınlar Düşərgəsində Əbu Həmdə ailəsinə məxsus evin vurulması nəticəsində 5 nəfər ölüb.
Qəzza zolağının cənubundakı Rəfah şəhərinin qərbində yerləşən Tel əs-Sultan rayonunda hava hücumu nəticəsində 5 fələstinli, Əl-Qərbdə Diyab ailəsinin evinin hədəf alındığı hava hücumunda isə 7 nəfər həlak olub.
İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin Əl Manara məhəlləsində bir evi bombalaması nəticəsində ölən və yaralanan olmayıb.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzzada həyata keçirdiyi hücumlarda 38 min 713 fələstinli həyatını itirib, 89 min 166 nəfər isə yaralanıb.