İsrail ordusu Qəzzanın qərbində yerləşən Əl-Şifa Tibb Kompleksinə (Şifa Xəstəxanası) pilotsuz uçuş aparatları (PUA) və intensiv atışmaların müşayiəti ilə basqın edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı həyatını itirən və yaralananların olduğu bildirilib.
Şahidlərdən alınan məlumata görə, güclü atəşdən mühafizə altında olan İsrail tankları və hərbi maşınları qəflətən Qəzza şəhərinin qərb bölgələrinə daxil olaraq minlərlə köçkün, xəstə və yaralının yerləşdiyi Şifa xəstəxanasını mühasirəyə alıb və bölgənin bəzi hissələrini hədəf alıb.
Köçkünlərdən bəziləri hücumdan əvvəl xəstəxananı tərk edə bildiyi halda, İsrail qüvvələri xəstəxananı hədəfə alaraq içəriyə atəş açaraq köçkünlərdən bəzilərinin ölməsinə və yaralanmasına səbəb olub.
Mikayıl