“İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri daha da gücləndirəcək” - ŞƏRH

“İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri daha da gücləndirəcək” - ŞƏRH
SİYASƏT
10:57 29.03.2023
344
"İsraillə Azərbaycanın hər zaman, Sovet dövründə də yaxşı dostluq münasibətləri olub. Azərbaycan müstəqillik qazandıqdan sonra müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri də İsrail oldu. 1993-cü ildə isə İsrail Azərbaycanda səfirliyini açdı. Demək olar ki, 30 il sonra səfirliyimizi İsraildə açırıq. Bu gün də açılış olacaq. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov da artıq oradadır. Oraya ilk səfir Muxtar Məmmədov təyin olunub və o, artıq etimadnaməsini rəhbərliklərə təqdim edib”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Elşad Həsənov deyib.

O qeyd edib ki, İsrail dövləti bizimlə strateji tərəfdaşdır, çox sıx münasibət saxlayan ölkədir və bizi daim dəstəkləyir: "Beynəlxalq arenada, BMT-nin təşkilatlarında, Avropada olan hər hansı məsələlərdə daim bizə dəstək olur. Bunun səbəbi də Azərbaycanda yaşayan dağ yəhudilərinə bizim tərəfimizdən göstərilən tolerant münasibət, onlara heç bir ayrıseçkilik olmadan digər xalqlar kimi Azərbaycan Konstitusiyası çərçivəsində yaşayıb-yaratmasıdır. Onlara olan dostluq, qardaşlıq münasibətlərindən çox razıdırlar. Buna görə də daim Azərbaycanı dəstəkləyirlər”. 

Politoloq qeyd edib ki, bu gün açılacaq səfirlik Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin daha da genişlənməsinə səbəb olacaq:

"44 günlük Vətən müharibəsində dövründə də bizim "din qardaşları”mız, fars-molla rejimi bizim düşmənlərimiz olan ermənilərin yanında oldular, onlara kömək oldular. Amma İsrail dövləti isə Azərbaycanın öz torpaqlarını azad etməsi üçün əlindən gələn köməyi etdi. Biz daim İsrail dövləti ilə sıx münasibətlərdə olmuşuq. Bu da bizim dostluğumuzun qədim tarixə malik olduğunu göstərir. Biz onlarla daim dostluq və qardaşlıq şəraitində yaşamışıq. Ona görə də bu gün açılacaq səfirlik Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin daha da genişlənməsinə və yeni bir müstəviyə qalxmasına səbəb olacaq”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi