İsraildə iki avtobus toqquşdu - 30-dan çox adam yaralandı

İsraildə iki avtobus toqquşdu - 30-dan çox adam yaralandı
DÜNYA
18:04 10.10.2021
306
İsrailin mərkəzində ödənişli yolda iki avtobus toqquşub.

Bu barədə "Kan" kanalı məlumat yayıb.

Toqquşma zamanı azı 33 nəfər yaralanıb.

Zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, bu, İsraildə son həftə ərzində ikinci ağır avtobus qəzasıdır. Sentyabrın 29-da ölkənin şimalında 89-cu magistralda avtobusla iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 30-dan çox adam yaralanıb.
OXŞAR XƏBƏRLƏR