İsraildə ilk dəfə hökumət Şin-betin rəhbərini vəzifəsindən azad edib

İsraildə ilk dəfə hökumət Şin-betin rəhbərini vəzifəsindən azad edib
DÜNYA
10:29 21.03.2025
240

İsrail Nazirlər Kabineti Baş nazir Binyamin Netanyahunun Təhlükəsizlik Xidmətinin (Şin-bet) rəhbəri Ronen Barın vəzifəsindən azad edilməsi barədə qərarını dəstəkləyib.

APA-nın xəbərinə görə, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.

Bu, ölkə tarixində hökumətin Şin-bet rəhbərini vəzifəsindən azad etməsi ilə bağlı ilk belə haldır. Ronen Barın səlahiyyət müddəti aprelin 10-da, bu vaxta qədər yerinə təyinat olarsa, daha tez başa çatacaq.

OXŞAR XƏBƏRLƏR