İsraildə koronavirusa yoluxanların sayı səkkiz mini ötdü

İsraildə koronavirusa yoluxanların sayı səkkiz mini ötdü
DÜNYA
10:43 05.04.2020
1086
İsraildə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı artaraq 8018-ə çatıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, COVID-19-dan ölənlərin sayı 46-ya yüksəlib. İsraildə yeni virusa yoluxmuş 477 xəstə sağalıb.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. 

Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.
OXŞAR XƏBƏRLƏR