İsrailin Baş naziri Binyamin Netanyahu böyük meşə yanğınları törətməkdə şübhəli bilinən şəxslərin saxlanıldığını bildirib.
Bu barədə "The Jerusalem Post” məlumat yayıb.
"Polis yanğını törətməkdə şübhəli bilinən 18 nəfəri saxlayıb", - B.Netanyahu bildirib.
Qeyd edək ki, aprelin 30-u səhər başlayan və tezliklə nəzarətdən çıxan yanğınlar nəticəsində təxminən 2 min hektar yer yanıb.