İsraildə seçkilərdə tarixi rekord – Netanyahunun taleyi həll olunur

İsraildə seçkilərdə tarixi rekord – Netanyahunun taleyi həll olunur
DÜNYA
00:43 28.10.2026
229
İsraildə keçirilən parlament seçkilərində seçici fəallığı rekord həddə çatıb.

"The Times of Israel” nəşrinin ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən yaydığı məlumata görə, yerli vaxtla saat 18:00-a qədər seçicilərin 66,7 faizi səs verib.

Bu, həmin saat üçün qeydə alınmış ən yüksək göstəricidir. Müqayisə üçün, 2022-ci ildə eyni vaxtda seçici fəallığı 57,7 faiz olmuşdu.

Artıq 4,8 milyondan çox seçici səsvermədə iştirak edib.

Seçkilər Baş nazir Benyamin Netanyahunun siyasi gələcəyi baxımından həlledici hesab olunur. Rəy sorğuları onun rəhbərlik etdiyi koalisiyanın parlamentdə çoxluğu itirə biləcəyini göstərir.

Netanyahunun əsas rəqibi keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotdur.
 
///modern.az///
OXŞAR XƏBƏRLƏR