İsrail Qəzzada atəşkəslə bağlı xəbərdarlıqlara məhəl qoymur.
AZXEBER.COM xəbər verir ki, İsrail Baydenin Rəfaha genişmiqyaslı quru hücumu olacağı təqdirdə İsrailə silah göndərilməsini dayandıracağını bildirməsindən sonra cavab verib.
İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada deyilib: "Dostlarımıza olduğu kimi düşmənlərimizə də səslənirəm: İsraili sıxışdırmaq olmaz. Biz möhkəm dayanıb məqsədlərimizə çatacağıq. Həması vuracağıq, Hizbullahı vuracağıq və təhlükəsizliyi təmin edəcəyik. Bizi məhv etməyə çalışanlara qarşı durmaq üçün əlimizdən gələni edəcəyik”.
İsrailin müdafiə naziri Yoav Gallant deyib: "Bizim başqa seçimimiz yoxdur, başqa ölkəmiz yoxdur. Nə lazımdırsa, təkrar edirəm, İsrail vətəndaşlarını müdafiə etmək, bizə qarşı pis təhdidləri aradan qaldırmaq və bizi məhv etmək istəyənlərə qarşı durmaq üçün əlimizdən gələni edəcəyik”.
Ayşən