İsraildən daha bir iddia: HƏMAS tərəfindən öldürülən körpənin fotosu paylaşıldı

İsraildən daha bir iddia: HƏMAS tərəfindən öldürülən körpənin fotosu paylaşıldı
DÜNYA
11:56 13.10.2023
234
İsrailin günlərcə HƏMAS-ın körpələrin başlarını kəsərək, yandıraraq öldürdüyü iddiası ilə bağlı tükürpədici bir hadisə yaşanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, paylaşılan görüntülər müharibədə ən çox günahsız insanların zərər gördüyünü ortaya çıxarıb.

Beynəlxalq xəbər agentlikləri də HƏMAS-ın uşaqlara qarşı amansız cinayətlərinin fotoşəkillərini dərc edib. 
  
Körpənin üzərində qan ləkələri olduğu halda, boynunda da qan olduğu anlaşılır.
 
Fotoda İsrail rəsmilərinin də yer aldığı bildirilir.

Bu paylaşımdan qısa müddət sonra İsrailin baş naziri Benyamin Netanyahu oxşar fotolar paylaşıb.
 
Uşaqların cəsədlərini paylaşan Netanyahu "Bunlar HƏMAS canavarları tərəfindən öldürülüb yandırılan körpələrin cəsədləridir. HƏMAS qeyri-insanidir. "Həmas İŞİD-dir", - deyib.

Qeyd edək ki, bu fotoların dünən dəstək üçün İsrailə gedən ABŞ dövlət katibi Antoni Blinkenə də göstərildiyi qeyd edilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR