İsraildən Fələstinə xəbərdarlıq: Bu bölgədə evlər sökülür

İsraildən Fələstinə xəbərdarlıq: Bu bölgədə evlər sökülür
DÜNYA
12:54 15.01.2024
157
İsrail işğal altındakı Şərqi Qüdsdə 200 fələstinliyə xəbərdarlıq məktubu göndərib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA xəbər yayıb.
 
Xəbərdarlıqda sakinlərin öz evlərini və ya evlərinin bir hissəsini sökmələri qeyd olunub.
    
Fələstinlilərə göndərilən bildirişdə bəzi evlərin tamamilə, bəzilərinin isə qismən söküləcəyinə dair məlumatların olduğu, sözügedən evlərin sökülməsi üçün fərqli müddətlərin verildiyi bildirilib.
 
Fələstin mənbələri 1967-ci ildən bəri Şərqi Qüdsdə fələstinlilərə məxsus 5 mindən çox evin İsrail qüvvələri tərəfindən dağıdıldığını bildirir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR