Təl-Əviv rəhbərliyi Rəfah Sərhəd Qapısı ilə bağlı planını Qahirəyə çatdırıb. Planın təfərrüatları diqqəti cəlb edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin hücumları və təzyiqləri nəticəsində humanitar fəlakətin yaşandığı Rəfah məsələsi ilə bağlı Təl-Əviv və Qahirənin dialoqda olduğu bildirilib.
Rəfah Sərhəd Qapısının yenidən işə salınması ilə bağlı İsraildən Misirə yeni plan təqdim edildiyi iddia edilib.
Təl-Əviv rəhbərliyi Misirə İsrailin təhlükəsizlik nəzarəti altında Rəfahın yenidən açılmasına imkan verəcək bir plan təqdim edib.
Plana sərhəd qapısından yalnız insanların Misirdən Qəzzaya keçidi və yanacaq keçməsi üçün istifadə edilməsinin nəzərdə tutulduğu, İsrail əsgərlərinin sərhəd xaricində yerləşdirilərək HƏMAS hücumlarından qorunacağı qeyd edilib.
Sözügedən mövzu ilə bağlı Misir və İsraildən rəsmi açıqlama verilməyib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi dünən Bəhreynin paytaxtı Manamada keçirilən 33-cü Ərəb Liqası Zirvə toplantısındakı çıxışında İsrailin Rəfah Sərhəd Qapısının Fələstin tərəfini ələ keçirərək Qəzza zolağındakı blokadanı gücləndirməyə çalışdığını bildirib.
Nəzrin