İsraildən Norveçə sərt qadağa: Diplomatların qeydiyyatını ləğv etdi

İsraildən Norveçə sərt qadağa: Diplomatların qeydiyyatını ləğv etdi
DÜNYA
14:49 08.08.2024
126
İsrail Norveçin Fələstindəki diplomatik nümayəndələrinin İsraildəki akkreditasiyasını ləğv edib.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Norveçin Fələstini rəsmən dövlət kimi tanıması olub.

İsrail Xarici İşlər Nazirliyi Norveçin Fələstində diplomatik xidmət göstərmək üçün təyin etdiyi diplomatların İsraildəki akkreditasiyalarının ləğvi ilə bağlı yazılı açıqlama verib.
 
Bəyanatda Norveçin Fələstinə olan diplomatik nümayəndələrinin akkreditasiyasının ləğv edildiyi və qərarın Norveç hökumətinin son vaxtlar atdığı anti-İsrail və təktərəfli addımlara cavab olduğu bildirilib.

Qeyd edək ki, Norveç mayın 28-də Fələstin dövlətini rəsmən tanıdığını elan edib.
 
İsrail Fələstin dövlətini rəsmən tanıyan İrlandiya və Norveçdəki səfirlərini geri çağırıb.

Onu da əlavə edək ki, Norveçlə birlikdə Fələstin dövlətini tanıyan ölkələrin sayı 146-ya yüksəlib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR