İsraildən Səudiyyə Ərəbistanına VACİB MESAJ

İsraildən Səudiyyə Ərəbistanına VACİB MESAJ
DÜNYA
19:25 21.08.2023
255
İsrail rəsmisi Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması çərçivəsində nüvə proqramının aparılmasının əleyhinə olmadıqlarını bildirib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, İsrail rəsmisi ABŞ-ın vasitəçiliyi ilə İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması ilə bağlı açıqlamalar verib.

İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-da bildirib ki, o, İsrail-ABŞ-Səudiyyə Ərəbistanı arasında razılaşmanın bir hissəsi kimi Səudiyyə Ərəbistanının mülki məqsədlər üçün nüvə proqramı həyata keçirməsinə qarşı deyil. 

Xatırladaq ki, İsrailin strateji işlər naziri Ron Dermer avqustun 17-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR