İsrailin Baş naziri Benyamin Netanyahu və rəsmilər hər fürsətdə qələbənin çox yaxın olduğunu vurğulayırlar.
AZXEBER.COM xəbər verir ki, lakin bu barədə "Jerusalem Post” qəzetində dərc olunan xəbər ölkədə təəccüb yaradıb.
Xəbərdə İsrailin Qəzzada hələ də qələbədən uzaq olduğu yazılıb.
Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin Fələstin Araşdırmaları Forumunun prezidenti Maykl Milştayn İsrailin HƏMAS-ı devirməsi üçün hələ çox vaxt olduğunu deyib:
"İsrail HƏMAS-ı devirmək üçün hələ çox uzaqdadır. Onun döyüşçülərinin əksəriyyəti hələ də sağdır. Onların hələ də raketləri var".
Mikayıl