İsrailin Qəzzada xəstəxanaya hücum etməsindən sonra reaksiyaların hədəfi olan İsrail Türkiyədəki vətəndaşlarına xəbərdarlıq edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gecə İsrail Türkiyədəki israilliləri dərhal ölkəni tərk etməyə çağırıb.
Türkiyənin sərt reaksiyalarından sonra İsrail tərəfindən təəccüblü addım atılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada bombalanan xəstəxana ilə bağlı açıqlama verib:
"Qadınların, uşaqların və günahsız mülki şəxslərin yerləşdiyi xəstəxananın vurulması İsrailin ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir. Mən bütün bəşəriyyəti Qəzzada tarixdə görünməmiş bu vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm".
Türkiyədə bir çox siyasi partiya təmsilçiləri və rəsmiləri sözügedən hücuma reaksiya verib.
Xarici İşlər Nazirliyi Qəzza zolağında yüzlərlə fələstinlinin ölümünə səbəb olan xəstəxana hücumunu pisləyərkən İstanbul və Ankarada İsrail səfirliyi binaları qarşısında nümayişlər keçirilib.
Qeyd edək ki, İsrail Mərakeş üçün də səyahət xəbərdarlığı edib və vətəndaşlara ehtiyatlı olmaları vurğulanıb.
Mikayıl